AZ

Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

BAKI, 14 avqust. TELEQRAF

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmana əsasən, 2025-ci il iyulun 2-də Bakıda imzalanmış saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təmin edəcək.

Həmçinin, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə Özbəkistan tərəfinə bildiriş göndərəcək.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr