AZ

Azərbaycan və Özbəkistan arasında gömrük sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınmasına dair sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, 2025-ci il iyulun 2-də Bakıda imzalanmış saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Dövlət Gömrük Komitəsi təmin edəcək.

Həmçinin, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə Özbəkistan tərəfinə bildiriş göndərəcək.

Seçilən
13
3
teleqraf.com

4Mənbələr