AZ

Müstəqillik Günündə atışma - Üç nəfər ölüb, 60-a yaxın yaralı var

Yazını böyüt
Yazını kiçilt

Pakistanın Kəraçi şəhərində ölkənin Müstəqillik Gününün qeyd edilməsinə həsr olunmuş tədbirdə atışma nəticəsində üç nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Qeyd edilir ki, Pakistanın Kəraçi şəhərində Müstəqillik Gününün qeyd edilməsi zamanı səhlənkarcasına havadan açılan atəş nəticəsində üç nəfər, o cümlədən ahıl yaşlı vətəndaş və səkkiz yaşlı qız həlak olub, 60-dan çox adam güllə yarası alıb.

Qeyd olunub ki, Pakistanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və yerli hakimiyyət vətəndaşları bayramı daha təhlükəsiz yollarla qeyd etməyə çağırıb.

Seçilən
3
2
hafta.az

3Mənbələr