Pakistanın Kəraçi şəhərində ölkənin Müstəqillik Gününün qeyd edilməsinə həsr olunmuş tədbirdə atışma nəticəsində üç nəfər ölüb, 60-a yaxın insan yaralanıb.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
"Pakistanın Kəraçi şəhərində Müstəqillik Gününün qeyd edilməsi zamanı səhlənkarcasına havadan açılan atəş nəticəsində üç nəfər, o cümlədən ahıl yaşlı vətəndaş və səkkiz yaşlı qız həlak olub, 60-dan çox adam güllə yarası alıb", - deyə materialda vurğulanıb.
Qeyd olunub ki, Pakistanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və yerli hakimiyyət vətəndaşları bayramı daha təhlükəsiz yollarla qeyd etməyə çağırıb. /Oxu.az/