2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7120,1 min ton, dəniz nəqliyyatı ilə 3752,2 min ton və avtomobil nəqliyyatı ilə 5307,7 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8300,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4088,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4690,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2930,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton olub.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45,8 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,1 faizini tranzit yüklər təşkil edib.