Bu ilin I yarısında Azərbaycanın nəqliyyat dəhlizlərində 16 milyon 180 min ton yük daşınıb.
Bakues.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır.
O cümlədən, yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon 120,1 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 752,2 min ton, avtomobil nəqliyyatı ilə 5 milyon 307,7 min ton yük daşınıb.
Bundan başqa, hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 milyon 300,8 min ton (1,6 % çox), o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 milyon 088,9 min ton (3,6 % az), Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 690,5 min ton (2,4 % az), Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 930,4 min ton (9,8 % az), Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton (42,6 % çox) təşkil edib.
6 ay ərzində dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45,8 %-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 %-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,1 %-i tranzit yüklər olub.