AZ

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528 torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınıb.

Bizim.Media bu barədə Naxçıvan Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan qeyri-yaşayış binalarınının sayında 43,3 faiz, torpaq sahələrinin sayında 0,7%, fərdi yaşayış və bağ evlərinin sayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9 faiz artım olub.

Bizim.Media

Seçilən
10
5
bizim.media

10Mənbələr