2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri baş tuta bilər.
Publika.az "Zakon"na istinadla xəbər verir ki, bu barədə avqustun 15-də Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
Onun sözlərinə görə, məsələ bu yaxınlarda iki dövlət başçıları arasında telefon danışığı zamanı qaldırılıb.
"Hazırda tərəflər səfərin konkret tarixlərini və onun məzmununu müzakirə edirlər", - o qeyd edib.
Ötən il Qazaxıstan Prezident Qasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edib.Ölkə liderləri ikitərəfli əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldıran və iki dövlət arasında müttəfiqlik münasibətlərini möhkəmləndirən mühüm sənədlər imzalayıblar.