AZ

Tramp buna görə Putinlə görüşür

ABŞ Prezidenti Donald Trampa Oval Ofisdə keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşü və onu Ukraynadakı müharibəni dayandırmağa təşviq etmək üçün Putinə nadir minerallara çıxış təklif etməyə hazır olub-olmayacağı ilə bağlı sual verilib.

"Cebheinfo.az" xəbər verir ki, o, "Nə olacağını görəcəyik, vacib görüşümüz var. Düşünürəm ki, bu, Rusiya  və bizim üçün çox vacib olacaq. Biz çoxlu insan həyatını xilas edək", - deyib.

Tramp “həftədə minlərlə əsgəri xilas etmək üçün” Putinlə görüşdüyünü bir daha vurğulayıb.

O,  görüş haqqında danışarkən, "Məncə, yaxşı olacaq",- deyib.

“Ancaq daha vacib görüş keçirəcəyimiz ikinci görüşdür, biz prezident Putinlə, prezident Zelenski ilə, özümlə görüşəcəyik və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək, bəlkə də yox”,-deyə o bildirib.

Tramp jurnalistlərə deyib ki, o, Putin və Zelenskinin “sülh bağlayacaqlarını” düşünür.

Xəzər

"Cebheinfo.az"

Seçilən
60
50
cebheinfo.az

10Mənbələr