ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının çox yaxşı keçəcəyinə əmindir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz prezident Putinlə Alyaskada görüşməyə gedirik. Və düşünürəm ki, bu, çox yaxşı nəticələnəcək. Olmasa, mən çox tez evə qayıdacam”, - Tramp deyib.