AZ

Toyunda 5 kiloqram qızıl taxılan fenomen boşanır

Sosial media fenomeni Aleyna Dalveren yeni evləndiyi həyat yoldaşından ayrılır.

BAKU.WS xəbər verir ki, 4 ay əvvəl Fatih Erdemlə ailə quran fenomen ondan boşanmaq qərarına gəlib. 

O bu barədə sosial şəbəkə hesabında bildirib. 

Aleyna qeyd edib ki, toyunda ona taxılan 5 kiloqram qızılı özü alıb. Lakin həyat yoldaşı indi ona bu qızılları vermir. 

Fenomen qızılları boşanmaq istədiyi ərindən geri istəyir. 

Xatırladaq ki, sosial media fenomeni Aleyna Dalveren 4 ay əvvəl iş adamı Fatih Ərdəmlə ailə qurub. Məşhurların iştirak etdiyi toyda Dalverenə 5 kiloqram qızıl hədiyyə edilib. Təmtəraqlı toy sosial şəbəkədə böyük səs-küyə səbəb olub.

Seçilən
61
2
far.az

7Mənbələr