AZ

Toyunda 5 kiloqram qızıl taxılan fenomen boşanır - VİDEO / FOTO 

Sosial media fenomeni Aleyna Dalveren, 4 ay əvvəl evləndiyi Fatih Erdemdən boşanır. 5 kilo qızılın taxıldığı möhtəşəm toyu ilə gündəm olan Dalveren, "Çox əzab çəkirəm" deyə açıqlama verib və "Hamısını özüm almışdım" dediyi zinət əşyalarını geri istədiyini bildirib.

Referans Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aleyna Dalveren ilə iş adamı Fatih Erdem aprel ayında Dubayda evlənmiş, daha sonra isə İstanbulda toy mərasimi keçirmişdilər.

Toyda gəlinə ümumilikdə 5 kilo qızıl taxılmış, İbrahim Tatlısesin səhnəyə çıxdığı bu dəbdəbəli mərasim uzun müddət müzakirə olunmuşdu. Sosial şəbəkə hesabında ərinin soyadını silən Dalverenin evliliyində böhran yaşadığı üzə çıxmış, etdiyi paylaşımda boşanacaqlarını açıqlamışdı.

Dalveren yayımladığı videoda bunları deyib:

"Heç kim boşanmaq üçün evlənmir. Səbr edirəm, susuram, özümə yaraşanı etməyə çalışıram. Amma anlayacağınız dil budursa, o şəkildə də danışa bilərəm. Mənə aid olan şeylər var. Onları gözləyirəm. Məsələn, qızıl məsələsi. Boyunbağı, əlcək - hamısını özüm almışdım."  




Seçilən
15
2
referans.az

7Mənbələr