AZ

Rusiya və İran Şimal-Cənub dəhlizinin üzərində fəal işləyir

Rusiya və İran “bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək” Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzərində fəal işləyirlər.

Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən iclası çərçivəsində İranın vitse-prezidenti Məhəmməd Reza Areflə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya-İran ticarət-iqtisadi əməkdaşlığı uğurla inkişaf edir. Mişustin həmçinin əlavə edib ki, Aİİ və İran arasında 2023-cü ilin dekabrında imzalanmış azad ticarət sazişi qarşılıqlı ticarət dövriyyəsinin artmasına və birgə iqtisadi layihələrin təşviqinə töhfə verəcək.

Seçilən
55
39
veteninfo.az

10Mənbələr