Bununla bağlı ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlamasında deyib ki, yeniyetmələr arasında abort hallarının artmasının əsas səbəblərindən biri cinsi tərbiyənin çatışmazlığıdır:
“Cəmiyyətimizdə hələ də cinsi təhsil mövzularına tabu kimi yanaşılır. Bu məsələ ictimai və ya təhsil müstəvisində gündəmə gələn kimi dərhal ayıb, utanc, tərbiyəsizlik kimi reaksiyalar verilir. Halbuki bu mövzular elmi və sağlam şəkildə müzakirə edilməli, maarifləndirmə aparılmalıdır. Reallıq isə budur ki, yeniyetmələrdə cinsi aktivlik sosial yetişkənlikdən daha əvvəl başlayır və bu, bioloji bir prosesdir. İnternetə, mediaya çıxışın asan olduğu indiki dövrdə uşaqlar bu məlumatları ya yanlış yerdən alır, ya da ümumiyyətlə səhv yönləndirilirlər. Nəticədə arzuolunmaz hamiləliklər və onların nəticəsi olaraq abort halları artır. Bunun qarşısını almağın yeganə yolu düzgün və vaxtında cinsi maarifləndirmədir. Bu təhsil ailədə valideyn tərəfindən başlamalı, məktəbdə elmi əsaslarla davam etdirilməli, cəmiyyət səviyyəsində dəstəklənməlidir. Abortları azaltmaq üçün uşaqlara cinsi həyatın məsuliyyətlərini, qorunma yollarını və nəticələrini başa salmaq vacibdir. Cinsi tərbiyə uşağın cinsi aktivliyə başlamasından sonra yox, ondan əvvəl verilməlidir ki, ilk təcrübə təhlükə və travma ilə nəticələnməsin. Bu, sadə, lakin cəmiyyətin sağlam gələcəyi üçün həyati vacib bir məsələdir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
demokrat.azAilə qurmadan öncə qadınlar psixoloji müayinədən keçməlidir Psixoloq ( 20418273)
-
demokrat.az"Ailə qurmadan öncə qadınlar psixoloji müayinədən keçməlidir" — Psixoloq ( 20418258)
-
demokrat.az"Yeniyetmələr arasında abortların artmasının əsas səbəblərindən biri cinsi tərbiyənin çatışmazlığıdır" — AÇIQLAMA ( 20384499)
-
redaktor.az“Abort erkən yaşda dərin psixoloji iz buraxa bilən hadisədir” ( 20384316)
-
redaktor.az“Abort erkən yaşda dərin psixoloji iz buraxa bilən hadisədir” ( 20384280)
-
olke.azAzərbaycanda artan təhlükəli virus: "Ölümə qədər gətirə bilir" - Həkimdən xəbərdarlıq ( 20369163)
-
sia.azİdmanda psixoloji hazırlıq fiziki hazırlıq qədər önəmlidirmi? PSİXOLOQ AÇIQLADI ( 20333088)
-
sia.azİdmanda psixoloji hazırlıq fiziki hazırlıq qədər önəmlidirmi? - PSİXOLOQ AÇIQLADI ( 20333058)
-
demokrat.az"Həkim 13 min alıb, əməliyyat adı ilə biopsiya götürüb" — FOTOLAR ( 20330133)
-
sia.az"Əsas olan tərəflərin kimliyi, məqsədi və niyyətidir" - AYDINLIQ GƏTİRİLDİ ( 20223885)