AZ

"Ailə qurmadan öncə qadınlar psixoloji müayinədən keçməlidir" — Psixoloq

"Ailə qurmadan öncə hökmən qadınlar psixoloji müayinədən keçməlidir və onların psixoloji və fizioloji cəhətdən hazır olub-olmadığı müəyyənləşdirilməlidir. Çünki çox zaman görürük ki, ailə tərəfindən ərə verilmiş qızlar sonradan ciddi problemlər yaşayırlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.

"Bununla yanaşı, düzgün cinsi tərbiyənin olmaması da böyük problemdir. Yəni ailə qurmağın, ərə getməyin, intim münasibətə girməyin məsuliyyəti və təhlükələri haqqında xəbərsiz olan milyonlarla qız var. Bəziləri yaşa dolsalar da, bu məsələlər barədə heç bir məlumatları yoxdur. Halbuki bu məsələlərin nə qədər ciddi və hətta dəhşətli nəticələri ola bilər, bunların fərqində deyillər".

O bildirib ki, bu səbəbdən ilkin olaraq psixoloji hazırlıq vacibdir:

"Bu, yalnız yaşı az olanlara yox, yaşlı qadınlara da aiddir. Çünki bəzi insanlar var ki, ümumiyyətlə, ana olmamalıdırlar. Ana olmadan öncə terapiya vacibdir, çünki hər kəs ana olmağa hazır deyil.

Bəzən qadınlar yalnız ətrafda hər kəsin ana olduğunu görüb, səbəbini belə anlamadan, sadəcə "məndə də olsun" deyə ana olurlar. Həmçinin, uşaq yaşlarından "gəlin köçəcəksən", "ana olacaqsan" kimi fikirlər yeridilir ki, bu da düzgün deyil.

Əslində, hər kəs ailə qurmamalıdır, hər kəs ana olmamalıdır. Uşaqlar bu fikri anlayaraq böyüsələr, düşünürəm ki, bu tip faciələr daha az olar. Çünki istənməyən ailədə böyüməkdənsə, abort olunmaq bəlkə də daha yaxşıdır. 15 yaşlı uşaq özü də bir uşaqdır, hələ həyatı dərk etmir. Bu şəraitdə travmalı şəkildə ana olan qadın, heç vaxt sağlam şəkildə başqa bir uşağı tərbiyə edə bilməz".

Qeyd edək ki, açıqlanan statistikaya əsasən bu il abort etdirən və ana olan qızlar arasında yaşı 15-17 olanlar da var.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
49
45
demokrat.az

10Mənbələr