AZ

Pakistanda helikopter qəzası - Ölənlər var

Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helicopter qəzaya uğrayıb. 

“Qafqazinfo”nun “Reuters” agentliyinə istinadən xəbərinə görə, əyalət naziri Əli Əmin Qandapur
qəza zamanı ikisi pilot olmaqla 5 nəfərin həlak olduğunu bildirib. 

Vilayətin baş katibi Şahab Əli Şahın sözlərinə görə, “Mi-17” helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Bildirilib ki, helikopter Bəcaurun yağışdan zərər çəkmiş bölgələri üçün humanitar yardım aparırmış.

İlkin məlumatlara görə, təyyarə Peşəvərdən Bəcaura qalxıb və Mohmand qəbilə dairəsi üzərində onunla əlaqə kəsilib.

Seçilən
64
6
qafqazinfo.az

7Mənbələr