AZ

Pakistanda humanitar yardım aparan helikopter qəzay uğradı - Ölənlər var

Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb. 

“Qafqazinfo”nun xəbərinə görə, əyalət naziri Əli Əmin Qandapur qəza zamanı ikisi pilot olmaqla 5 nəfərin həlak olduğunu bildirib. 

Əyalət rəhbəri əlavə edib ki, bölgədə qəza ilə bağlı matəm elan olunub.

Vilayətin baş katibi Şahab Əli Şahın sözlərinə görə, “Mi-17” helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Bildirilib ki, helikopter Bəcaurun yağışdan zərər çəkmiş bölgələri üçün humanitar yardım aparırmış.

İlkin məlumatlara görə, təyyarə Peşəvərdən Bəcaura qalxıb və Mohmand qəbilə dairəsi üzərində onunla əlaqə kəsilib.

Seçilən
46
6
qafqazinfo.az

7Mənbələr