AZ

"Hər şey bundan asılı olacaq!" - Zelenski Alyaska görüşündən gözləntilərini açıqladı

Ukrayna Alyaskada keçiriləcək Tramp - Putin görüşündə ABŞ-ın güclü mövqeyinə ümid edir.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

"Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq - ruslar Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə...", - Ukrayna lideri qeyd edib.

Bununla belə, Zelenksi hətta Alyaskada görüş günü belə silahların susmadığına diqqəti çəkib. Onun sözlərinə görə, Rusiya qoşunları hətta Alyaskada danışıqların keçirildiyi gün də mülki infrastruktura zərbələr endirməkdə davam edir və Moskva müharibəni dayandırmağa hazır olduğuna dair heç bir siqnal vermir.

Seçilən
15
3
publika.az

7Mənbələr