Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada bu gün keçiriləcək ABŞ və Rusiya liderlərinin görüşü ilə bağlı öz teleqram kanalında paylaşım edib.
Ukrayna Prezidenti qeyd edib ki, ruslar Amerikanın gücü ilə hesablaşırlar.
“Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq!”
Bununla belə, Ukrayna lideri hətta Alyaskada görüş günü belə silahların susmadığına diqqəti çəkib.
“Rusiya qoşunları hətta Alyaskada danışıqların keçirildiyi gün də mülki infrastruktura zərbələr endirməkdə davam edir və Moskva müharibəni dayandırmağa hazır olduğuna dair heç bir siqnal vermir”, – Zelenski vurğulayıb./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta