AZ

"Qalatasaray"ın oyununda avtoqol oldu

Türkiyə Super Liqasının 2-ci həftəsinin açılış matçında "Qalatasaray" doğma meydanda "Fatih Karagümrük"ə 3:0 hesabı ilə qalib gəlib. 

"Unikal" xəbər verir ki, "Rams Park"da keçirilən matçın 10-cu dəqiqəsində "Qalatasaray" qol vurub. Barış Alper Yılmaz cərimə meydançasına doğru irəliləyərək qapıya zərbə endirərək hesabı 1:0 edib.

23-cü dəqiqədə qonaqların sayı 10 nəfərə enib. İlk hissə sarı-qırmızılıların üstünlüyü ilə başa çatıb.

"Qalatasaray" 74-cü dəqiqədə hesabı 2-yə çatdırıb. Barış Alper Yılmazın sağ cinahdan ötürməsinə toxunan Fatih Kurucuk topu öz qapısına göndərərək hesabı avtoqolla 2-0 edib.

78-ci dəqiqədə nigeriyalı hücumçu Viktor Osimhenin vurduğu qol oyundankənar vəziyyət səbəbindən sayılmayıb. 

"Cimbom"lar üçüncü qolunu 87-ci dəqiqədə vurub. Bu dəfə Mauro İkardi fərqlənib: 3-0.

Liqada hər iki oyunu qazanan "Qalatasaray"ın 6 xalı var. 

"Qalatasaray" liqanın 3-cü həftəsində səfərdə "Kayserispor"la qarşılaşacaq. 

Ağarza Elçinoğlu 

Seçilən
38
2
unikal.az

10Mənbələr