Vaşinqton, 16 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində keçirilən görüş başa çatıb.
AZƏRTAC-ın məlumatına görə, görüş üç saata yaxın çəkib. Tərəflərin mətbuata bəyanatla çıxış etməsi gözlənilir.
23:40
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.
AZƏRTAC-ın məlumatına görə, görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Yuri Uşakov da iştirak edəcək. Donald Trampa isə onun xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio qoşulacaq.
Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qatılacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton