AZ

Rusiya və ABŞ prezidentlərinin mətbuat konfransı başa çatıb - YENİLƏNİB 3

“Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir.”

APA xəbər verir ki, bunu Rusiya prezidenti ilə görüşdən sonra mətbuat konfransında çıxış edən ABŞ prezidenti Donald Tramp deyib.

Tramp Putinlə görüşünün olduqca məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışacağını gözlədiyini bildirib.

Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib.

Bundan başqa Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.

Tramp həmçinin bildirib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.

Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıb və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.

***

03:12

ABŞ prezidenti Donald Trampla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin keçirdikləri mətbuat konfransında çıxış edib.

APA xəbər verir ki, ilk olaraq Putin, Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib.

Putin həmçinin əmin olduğunu bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı.

O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, nə qədər qəribə səslənsə də Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənlərin faciə və böyük ağrılı hadisə hesab etdiyini deyib.

Bundan başqa Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini deyib.

***

03:04

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlardan sonra mətbuat qarşısına çıxıblar.

APA xəbər verir ki, mətbuat konfransı Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Arktika Döyüşçülərinin Konqres Mərkəzində keçirilir.

Artıq 200-ə yaxın rusiyalı və amerikalı jurnalist zala toplaşıb. Onların Rusiya Federasiyası və ABŞ prezidentlərinə sual vermək imkanının olacağı gözlənilir.

***

02:36

Tezliklə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın mətbuat konfransı başlayacaq.

APA xəbər verir ki, bu haqda Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Seçilən
73
2
apa.az

10Mənbələr