AZ

Putinin Trampla görüşdəki bu jesti DİQQƏT MƏRKƏZİNDƏ: Kreml rəhbəri nə demək istəyib?

Alyaskada ABŞ prezidenti Donald Tramp tərəfindən qarşılanan Rusiya prezidenti Vladimir Putin maraqlı jestləri ilə yadda qalıb. Belə ki, təyyarədən enən Putin fotoqraflara poz verərkən xanım jurnalist ona ucadan “Ukraynada dinc insanları qətlə yetirməyi nə zaman dayandıracaqsınız?” sualını ünvanlayıb. Kreml sahibi isə sualı qulaqardına vurub.

Maraqlıdır, onun jurnalistin sualını qulaqardına vurması təsadüfi jest idi, yoxsa düşünülmüş siyasi davranış?

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, siyasi liderlərin yalnız fikirləri deyil, bədən dili də mühüm mesaj sayılır:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Putinin jurnalistin sualından yayınmaq cəhdi təsadüfi görünməsə də, burada müxtəlif ehtimallar var. Sualın mahiyyəti onun müharibə və aqressiv ritorikası ilə uzlaşmırdı. O, açıq şəkildə cavab verməkdənsə, belə hallardan yayınmağa üstünlük verir. Bu da onun işğalçılıq psixologiyasına malik olduğunu göstərir”.

Ekspert həmçinin Trampın Putinə nəsə pıçıldamasının da diqqət çəkdiyini bildirib:

“Burada ehtimallar çoxdur. Bu, ya Trampın sualı təkrarlaması, ya da Putinə kiçik mesaj ötürməsi ola bilər. Diplomatik jest sayılması da mümkündür. Amma hər bir halda Putin bu cür tənqidlərə açıq olmadığını göstərdi”.

Qurbanovanın sözlərinə görə, hadisə beynəlxalq mediada müxtəlif rakurslardan şərh ediləcək:

“Rusiya mediası buna bəraət qazandıracaq, Qərb mediası isə sərt tənqid edəcək. Çünki Ukraynada dinc insanların qətlə yetirilməsi fonunda Putinin bu reaksiyası onun humanitar məsələlərə laqeyd münasibətini bir daha ortaya qoyur”.

Seçilən
9
35
nocomment.az

10Mənbələr