"Alimlər Fransanı, o cümlədən ultra-liberalizmin diktaturasına görə tərk edirlər. Bu, Parisi öz yanaşmalarını həqiqi demokratiyanın xeyrinə dəyişmək əvəzinə, başqa ölkələrin alimlərini öz ölkəsinə cəlb etmək üçün yeni modellər axtarır".
Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova belə deyib.
O, Fransanın "Pause" elmi proqramı barədə fikirlərini bölüşüb. Öz sosial şəbəkə hesabında M.Zaxarova bildirib ki, üzdən məqsəd nəcib görünsə də, "işin içindəşeytan var".
M.Zaxarova sözügedən proqrama rəhbərlik edən Laura Loeakın keçmişinə diqqət çəkib və bildirib ki, L.Loeak hərbi kadrı, o Fransa Müdafiə Nazirliyinin postsovet ölkələri ilə əlaqələrə cavabdeh olan keçmiş əməkdaşıdır və"arisin dəvəti ilə akademik elmlə məşğul olmaq üçün Fransaya köçənlər əslində Fransa silahlı qüvvələrinin nəzarəti altına düşürlər".
XİN təmsilçisi bildirib: "Buna görə də “Pauza” verilişi gənclərə, o cümlədən onları Sorbonnaya cəlb etməyə yönəlib... Bu heyrətamizdir. Fransa bir tərəfdən Rusiyanın elm, mədəniyyət və təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıqdan imtina edir, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) Rusiya ilə bütün növ elmi əməkdaşlığı dayandırır, digər tərəfdən isə rusiyalı alimləri ölkəyə gəlməyə və Fransanın təhlükəsizlik orqanlarına bağlı strukturların rəhbərliyi altında işləməyə çağırır... Hazırda Donbassda Fransadan olan azı 51 muzdlu döyüşür vəhərbi analitiklərin fikrincə, daha əvvəl yüzlərlə belə hərbçi həlak olub. Taleyin ironiyası ondadır ki, fransızların “qorumağa” gəldikləri ukraynalılar əslində onlardan “top yemi” kimi istifadə edirlər,
Paris isə buna göz yumur".