AZ

Cəlilabadda qayın qardaşı arvadını QƏTLƏ YETİRDİ

Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Publika.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
6
27
publika.az

10Mənbələr