Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Rəviyyə Əliheydər qızı Nərimanovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Axar.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Təhmasib Tərixan oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.