Bakı, 16 avqust, AZƏRTAC
Misli Premyer Liqasında I turun daha iki qarşılaşması baş tutub.
AZƏRTAC xəbər verir ki, günün ilk oyunu Şamaxıda oynanılıb. Burada ev oyunlarını keçirən “Turan Tovuz” “İmişli” ilə üz-üzə gəlib.
Görüş nominal meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Digər görüşdə “Neftçi” öz meydanında “Şamaxı”nı qəbul edib.
“Neftçi Arena”da keçirilən qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Qeyd edək ki, ötən gün start götürən turun digər matçları avqustun 17-si və 19-da keçiriləcək.