
ABС News-un məlumatına görə, ABŞ-ın Tennessi ştatında, Çattanugadan 100 km aralıda yerləşən Savage Gulf Milli Parkında bir kişi ağac çıngıraklı ilanının dişləməsindən sonra ölüb.Grandi dairəsinin Fövqəladə Hallar Agentliyinin direktoru Metyu Qriffitin sözlərinə görə, şəxsiyyətinin hələlik müəyyən edilmədiyi turist yəqin ki, ilanla selfi çəkmək istəyib.Hadisə şahidləri bildiriblər ki, o, ilanı yerdən götürüb və həmin vaxt əlinə sancılıb. Hadisə yerinə gələn təcili yardım xidməti ilkin tibbi yardım göstərsə də, kişini xilas etmək mümkün olmayıb.Qeyd edək ki, ağac çıngıraklı ilan Tennessi ştatının ən böyük və ən təhlükəli zəhərli ilan növüdür, uzunluğu 1,5 metrə çata bilir. Nisbətən sakit təbiətinə baxmayaraq, onun sancması ölümcül ola bilər, xüsusən də allergik reaksiya yarandıqda.Ulusum.az
Diqqət Çəkənlər
Lökbatanda Binada Partlayış: Xəsarət Alanlar Var
İllər Keçdikcə Ailə: Hər Dövrdə Münasibətləri Qorumağın Yolları
Tovuzda zəlzələ oldu