AZ

İsrailhökumətininkibertəhlükəsizlik bölməsinin rəhbəri ABŞ-də SAXLANILIB

Ajans.az xəbər verir ki, bu barədə "The Guardian" nəşrinə istinadla xəbər verir. "İsrail hökumətinin kibertəhlükəsizlik xidmətinin əməkdaşı internet üzərindən uşaqları cinsi istismara cəlb etməyə çalışan istifadəçilərlə bağlı gizli araşdırma aparan Las-Veqas polisi tərəfindən həbs edilib" , - deyə qəzet yazır. Bildirilir ki, o, öz ölkəsinin adından çıxış etdiyi kibertəhlükəsizlik üzrə konfransda saxlanılıb. Tezliklə məlum olub ki, Tom, İsrailin kibertəhlükəsizlik bölməsinin baş direktoru vəzifəsini tutur və daha əvvəl ölkənin Baş naziri Benyamin Netanyahunun ofisində işləyib. Bununla belə, İsrail baş nazirinin ofisi Tomun yalnız tələb olunan vizaya malik olmadığı üçün deportasiya edildiyini iddia edərək, onun saxlandığını inkar edib.

"Diplomatik vizası olmayan işçi həbs olunmayıb və planlaşdırıldığı kimi İsrailə qaytarılıb" , - deyə baş nazirin ofisindən vurğulayıblar. \oxu.az

Seçilən
55
50
Ajans.az

10Mənbələr