AZ

İsrail hökumətinin kiber bölməsinin rəhbəri ABŞ-də saxlanılıb » AzadMedia.az


Amerika hakimiyyəti İsrail hökumətinin kiber bölməsinin rəhbəri Artem Tomu saxlayıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, İsrail hökumətinin kibertəhlükəsizlik xidmətinin əməkdaşı internet üzərindən uşaqları cinsi istismara cəlb etməyə çalışan istifadəçilərlə bağlı gizli araşdırma aparan Las-Veqas polisi tərəfindən həbs edilib.

O, İsraili təmsil etdiyi kibertəhlükəsizlik konfransında saxlanılıb.

Tezliklə məlum olub ki, Tom, İsrailin kiber bölməsinin baş direktoru vəzifəsini tutur və əvvəllər ölkənin baş naziri Binyamin Netanyahunun ofisində çalışıb.

Eyni zamanda, İsrailin Baş nazirin ofisi Tomun yalnız tələb olunan vizaya malik olmadığı üçün deportasiya edildiyini iddia edərək, onun saxlandığını qəti şəkildə rədd edib: “Diplomatik vizası olmayan işçi həbs olunmayıb və planlaşdırıldığı kimi İsrailə qaytarılıb”.
Seçilən
72
50
azadmedia.az

10Mənbələr