AZ

“Fənərbağça” “Real”ın futbolçusundan əl çəkmir

“Fənərbağça” hələ də “Real”ın ukraynalı qapıçısı Andrey Lunini heyətinə qatmaq niyyətindən vaz keçmir.

Publika.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.

Klub madridlilərə 30 yaşlı əsas qapıçısı, xorvatiyalı Dominik Livakoviçi təklif edib. Lakin “Real” bu mübadilə variantını rədd edib. Hazırda Türkiyə təmsilçisi Lunin transferi ilə bağlı alternativ imkanları nəzərdən keçirir.

Qeyd olunur ki, ukraynalı qolkiper hələ də “Fənərbağça”nın qapı xəttini gücləndirmək üçün əsas namizəd olaraq qalır.

Seçilən
21
9
publika.az

10Mənbələr