AZ

Məşhur idman zalları şəbəkəsindən transseksuallar üçün yeni qayda

Məşhur "Virgin Active" idman zalları şəbəkəsi transseksual şəxslərin qadın paltardəyişmə otaqlarından istifadə etməsinə qadağa qoyub.

Bu qərar televiziya aparıcısı Mişel Dyuberrinin narazılığı və məhkəmə ilə hədələməsindən sonra verilib.

Milli.Az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, səkkiz ölkədə fəaliyyət göstərən və 230 klubdan ibarət olan "Virgin Active" üzvlərinə elektron məktub göndərərək yeni qaydalar barədə məlumat verib. Məktubda bildirilir:

"Mövcud qanunvericiliyə uyğunluq məqsədilə klub qaydalarımıza dəyişiklik etdik. Soyunma otaqları və tualetlər artıq bioloji cinsə əsasən istifadə olunmalıdır".

Qaydalardakı bu dəyişiklik, "GB News" kanalının aparıcısı Mişel Dyuberrinin ictimaiyyətə açıq şəkildə narazılığını bildirməsindən sonra baş verib. Dyuberri idman zalının qadın paltardəyişmə otağında kişi gördüyünü və bu səbəblə üzvlüyünü ləğv etdiyini açıqlayıb.

Nəşrin yazdığına görə, Dyuberrinin vəkilləri idman zalına qarşı hüquqi addımlar atılacağı ilə bağlı rəsmi xəbərdarlıq da göndəriblər.

Kənan
Milli.Az

Seçilən
67
50
milli.az

10Mənbələr