AZ

“Kristal Pelas”ı "Mançester Yunayted"ə dəyişə bilər

“Kristal Pelas”ın dayaq yarımmüdafiəçisi Adam Uorto karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. 

90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, “qırmızı şeytanlar” gənc futbolçu heyətinə cəlb etməyi nəzərdən keçirir. İngiltərə klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Mançester Yunayted” əvvəlcə “Brayton”un futbolçusu Karlos Balebunu transfer etmək istəyib, lakin klub oyunçunun satılmayacağını açıqlayıb. Bunun ardından Ruben Amorimin komandası alternativ variantlar üzərində dayanmağa məcbur olub.

21 yaşlı Uorton ötən mövsüm klub səviyyəsində 27 oyunda iştirak edib, 3 sarı vərəqə alıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, mövsümün bir hissəsini zədəyə görə buraxıb.

İngiltərə millisində 1 oyun keçirən yarımmüdafiəçinin bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
34
26
90deqiqe.az

10Mənbələr