Türkiyənin “Fənərbağça” klubu “Arsenal”ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenkonun transferi üçün danışıqları yekunlaşdırmaq üzrədir.
90deqiqe.Az-ın "Sporx"a istinadən məlumatına görə İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo futbolçunun xidmətində maraqlıdır. Klubun idman direktoru Devin Özek Londona yollanaraq “Arsenal” rəhbərliyi ilə görüşüb və tərəflər bir çox şərtlərdə razılığa gəlib.
“Fənərbağça” futbolçu üçün 10 milyon avro təklif edib. Danışıqlar müsbət məcrada davam edir və yaxın günlərdə transferin rəsmi elan olunacağı gözlənilir.
Zinçenko ilə Portuqaliyanın “Portu” klubu da maraqlanır. Lakin portuqaliyalılar hələlik rəsmi təklif irəli sürməyib. İstanbul təmsilçisi isə Mourinyonun şəxsi təsirindən istifadə edərək futbolçunu komandaya cəlb etməyə çalışacaq.