Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq.
Senzor.az bildirir ki, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq.
Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, Vətənə dönüşünün avqustun 18-nə təyin edildiyi bildirilir.