AZ

Özbəkistan Rusiyadan 100-dən çox vətəndaşını geri qaytarır

Sankt-Peterburqda həyat şəraiti çətin olan yüzdən çox Özbəkistan vətəndaşı vətənə qaytarılacaq...

Oxu.Az bu barədə "Dunyo" informasiya agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, humanitar yardım Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən "Vətənə qayıdış" xeyriyyə aksiyası çərçivəsində həyata keçirilir.

Bu tədbir çərçivəsində Özbəkistan vətəndaşlarına geri dönüş sertifikatları və aviabiletlər təqdim edilib.
Onların avqustun 18-də Özbəkistana göndərilməsi planlaşdırılır.

Poliqon.info

Seçilən
69
2
poliqon.info

10Mənbələr