AZ

"Karvan-Yevlax"ın "Karvan"ın davamçısı olmadığı təsdiqləndi

BAKI. 17 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün ilk turu iki klubun debütü ilə əlamətdar olub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əsası 2022-ci ildə qoyulan komandalar – “Karvan-Yevlax” və “İmişli” ölkə çempionatının yüksək dəstəsində debüt edib.

Hər iki debütant ilk matçını evdə - Şamaxı şəhər stadionunda keçirib. Yevlax təmsilçisi “Qəbələ” ilə qarşılaşmada 1 xal qazanıb – 1:1. İmişlinin eyniadlı klubu “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

Bununla da 1992-ci ildən keçirilən çempionatda iştirak edən klubların sayı 63-ə çatıb. Əvvəlki 33 mövsümdə 61 komanda güclülər sırasında mübarizə aparıb.

Hər iki komanda təmsil etdiyi şəhərin 3-cü klubudur. İmişlini “Lokomotiv” və “MKT-Araz”, Yevlaxı “Avtomobilçi” və “Karvan” təmsil edib.

Seçilən
43
43
teleqraf.com

10Mənbələr