Ukrayna prezidenti Volodimir Zelenski süni intellektə malik pilotsuz təyyarələr hazırlayan şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə fərman Ukrayna liderinin rəsmi saytında yerləşdirilib.
Sanksiya siyahısına ümumilikdə 39 fiziki şəxs və 55 şirkət daxil edilib.
Məhdudiyyətlərə məruz qalan Rusiya şirkətləri arasında "NPO Energia", həmçinin "Neyrolab" Rusiya Süni İntellekt Texnologiyaları Mərkəzi da var.
Bundan əlavə, “Zala Aero”, “Smart Birds”, “Vostok” şirkətlərinə, eləcə də Çin və Belarusiyadan olan elektronika tədarükçülərinə məhdudiyyətlər qoyulub.