AZ

MPL: “Neftçi”dən start antirekordu

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

İki sahil” PFL-nin saytına istinadla xəbər verir ki, “Ağ-qaralar” Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1. Bakı klubu 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə - 2007/08 və 2008/09 mövsümlərində ardıcıl startda xal itirib.

Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Seçilən
39
48
ikisahil.az

10Mənbələr