AZ

“Neftçi”dən start antirekordu

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə - 2007/08 və 2008/09 mövsümlərində ardıcıl startda xal itirib.

Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

“Sumqayıt” “Kəpəz”ə qarşı - YENİLƏNİR

Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”

Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı…”

“Neftçi” “Şamaxı” ilə bacarmadı - YENİLƏNİB

“Neftçi” Arif Əsədovu mükafatlandırıb

Seçilən
31
50
apasport.az

10Mənbələr