AZ

“Neftçi”dən start

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” ardıcıl 3-cü mövsümdə premyer-liqaya qələbəsiz başlayıb. “Ağ-qaralar” Misli premyer-liqasının 2025/26 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1. Bakı klubu 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudu. Paytaxt təmsilçisi bunadək bir dəfə - 2007/08 və 2008/09 mövsümlərində ardıcıl startda xal itirib.Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
45
icma.az

10Mənbələr