Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” Almaniya Kubokunun 1-ci raundunda FSV “Ayntraxt” klubu qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
M. Emreli bu yay “Kayzerslautern”ə qoşulub. O, ilk iki rəsmi oyunda fərqlənə bilməyib.
Almaniya Kuboku, I raund
17 avqust
17:00 FSV “Ayntraxt” - “Kayzerslautern”
-- Mahir Emreli start heyətindədir.