AZ

“Şamaxı”ya gələn portuqal niyə özünü xoşbəxt sayır?

"Şamaxı"nın portuqaliyalı yeni transferi Ricardo Apolinario Sportinfo.az-a müsahibə verib.

- İlk dəfədir ki, Portuqaliyadan kənarda oynayacaqsınız. Maraqlıdır, indiyə qədər xaricdə karyera qurmağa sizə nə mane olub?

- Ola bilsin ki, qismət bu günə imiş. Hər şeyin səbəbi var. İnanıram ki, ilk cəhdim uğurlu olacaq. Xoşbəxtlikdən bu dəfə böyük kluba qoşulmaq imkanım oldu.

- Ölkəmizdə çıxış edən çoxlu portuqaliyalı oyunçular var. "Şamaxı"nın təklifini alanda kiminləsə məsləhətləşdin?

- Düzü, bura gəlmək təklifi alanda heç kimlə məsləhətləşmədim.

- Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqqında nə düşünürdünüz?

- Düzünü desəm, o qədər də geniş bilgim yox idi. Amma burada olduğum qısa müddət ərzində gördüm ki, keyfiyyət var və bu, çox rəqabətli bir liqadır.

- Yeni klubda ilk günləriniz necə keçdi?

- Kollektiv mənim üçün inanılmaz dəsətk göstərdi. Özümü evimdəki kimi hiss edirəm. İnsanların hamısı çox köməkçi və super qayğıkeşdir.

XANOĞLAN İMANOV

Seçilən
49
50
sportinfo.az

10Mənbələr