AZ

“Bir ildən sonra nəhayət, özümü xoşbəxt hiss edirəm”

“Liverpul”un vingeri Federiko Kyeza İngiltərə Premyer Liqasında ilk qolunu vurub.

İtaliyalı futbolçu 1-ci turun “Bornmut”la oyununda (4:2) 82-ci dəqiqədə meydana daxil olaraq, komandasının qələbəsində pay sahibi olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir ildən sonra nəhayət, özünü xoşbəxt hiss etdiyini bildirib:

“Baş məşqçi məni meydana buraxdı, mən də oynadım və bu, qolla öz bəhrəsini verdi. Burada mənim üçün çətin idi, çünki sürətlər tamamilə fərqlidir.

Bir ildən sonra nəhayət, özümü xoşbəxt hiss edirəm. Baş məşqçi mənə şans verdi, o, daim məni ruhlandırır”.

Kyeza ötən mövsüm İngiltərə çempionatında keçirdiyi 6 matçda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalmışdı.

Seçilən
37
50
sportinfo.az

10Mənbələr