AZ

“Araz”ın ulduzu Avropa klublarının radarında: Yunanıstandan təklif

Apasport portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos bir çox klubun maraq dairəsinə düşüb.

Apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçunun “Aris” (Saloniki) və “Omoniya”ya qarşı oyunlardakı çıxışı Yunanıstan və Kipr klublarının diqqətini cəlb edib.

Belə ki, “Aris” (Limassol) Santosun transferində maraqlıdır. Kipr çempionatının iddialı klublarından biri olan Limassol təmsilçisi braziliyalını ya qış fasiləsində, ya da ən gec mövsümün sonunda heyətinə qatmaq istəyir.

28 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. O, 2024-cü ilin iyul ayından Naxçıvan klubunun formasını geyinir.

Qeyd edək ki, Santos karyerası ərzində Braziliyanın “Palmeyras”, Sloveniyanın “Ankaran” və “Maribor”, Azərbaycanın “Şamaxı” və “Qəbələ”, eləcə də İsrailin “Hapoel” (Hayfa) komandalarında çıxış edib.

“Kəpəz”in kapitanı bəlli olub

Ozobiç “200”ə çatıb

“Neftçi”nin yarımmüdafiəçisi üçün yubiley

Millimiz Füzuli və Şuşa şəhərlərinə səfər edib - FOTO

“Sumqayıt” “Kəpəz”ə qarşı - YENİLƏNİR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
43
apasport.az

10Mənbələr