AZ

"Araz-Naxçıvan"ın forvardı: "Bizim üçün avrokuboklar bitdi, Premyer Liqaya köklənməliyik"

"Araz-Naxçıvan"ın hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına açıqlama verib.

O, komandasının Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya”ya məğlubiyyətini şərh edib:

"Bilirdik ki, çox yaxşı komandaya qarşı oynayacağıq. Düzdür, itkilərimiz də var idi. Bunları da yaxşı başa düşürdük. Amma istənilən halda, Nikosiyada yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirdik. Təəssüf ki, bu alınmadı və biz uduzduq. Biz əlimizdən gələni etdik. Yaxşı nəticə qazanmaq istəyirdik. Lakin avrokuboklar artıq başa çatdı və biz indi Premyer Liqaya köklənməliyik. Yeni komandamız var. İnanıram ki, komanda olaraq daha yaxşı işlər görəcəyik".

Bölgə klubunun forvardı bu mövsüm avrokuboklarda qarşılaşdıqları “Aris” və “Omoniya”nı da müqayisə edib: “Hər iki komanda güclü idi. Sadəcə “Omoniya” daha oturuşmuş komandadır. Heyətlərində də uzun müddətdir birlikdə oynayan futbolçular var. Bu da elə bizimlə görüşlərdə də hiss edildi. Yaxşı heyəti və oyun üslubu olan komandadır”.

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 1-ci turunda səfərdə “Zirə” ilə üz-üzə gələcək. İsgəndərovun fikrincə, iki gün sonra keçiriləcək matç ağır alınacaq: “Bizi ağır oyun gözləyir. İki iddialı komanda qarşılaşacaq. Allah qoysa, yorğunçuluq olmaz. Bu gün çatacağıq Bakıya. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Biz də uğurlu mövsüm keçirmək niyyətindəyik".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
18
50
sportal.az

10Mənbələr