AZ

Putin Lavrovu belə təqdim etdi: “İmperialist” VİDEO

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl əvvəl xarici işlər naziri Sergey Lavrovun geyindiyi “SSRİ” yazılı sviterə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, sözügedən görüntülər rusiyalı jurnalist Zarubinin teleqram kanalında yerləşdirilib.

Görüşdən əvvəl ABŞ dövlət katibi Marko Rubio Lavrova müraciət edərək onun köynəyini bəyəndiyini bildirib.

Ardınca Putin ironik şəkildə reaksiya verib: “Bu bir işarədir? O, (Lavrov - red.) bunu sizə hədiyyə edəcək!”

Sonradan Lavrov Putinə izah edib ki, amerikalı həmkarının şərhi onun ABŞ-yə gəldikdə “SSRİ” yazılı sviterdə görünməsi ilə bağlıdır. 

“İmperialist”, – deyə o, zarafatla Lavrovu ABŞ dövlət katibinə təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
50
modern.az

10Mənbələr