AZ

Putin Lavrovu belə təqdim etdi: “İmperialist” - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl əvvəl xarici işlər naziri Sergey Lavrovun geyindiyi “SSRİ” yazılı sviterə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, sözügedən görüntülər rusiyalı jurnalist Zarubinin teleqram kanalında yerləşdirilib.

Görüşdən əvvəl ABŞ dövlət katibi Marko Rubio Lavrova müraciət edərək onun köynəyini bəyəndiyini bildirib.

Ardınca Putin ironik şəkildə reaksiya verib: “Bu bir işarədir? O, (Lavrov - red.) bunu sizə hədiyyə edəcək!”.

Sonradan Lavrov Putinə izah edib ki, amerikalı həmkarının şərhi onun ABŞ-a gəldikdə “SSRİ” yazılı sviterdə görünməsi ilə bağlıdır.

“İmperialist”, – deyə o, zarafatla Lavrovu ABŞ dövlət katibinə təqdim edib.


Bizim.Media

Seçilən
76
50
bizim.media

10Mənbələr