AZ

Sumqayıt Kəpəz i qonaq edir Heyətlər

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında ilk turunun 3-cü oyun günündə daha bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası "doğma divarlar" arasında "Kəpəz"i qonaq edir. "Kimyaçılar"ın yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında ilk rəsmi matçına çıxığını da vurğulamaq lazımdır. Gəncə təmsilçisi də mövsümə yeni-köhnə baş məşqçi ilə başlayacaq. Ötən mövsüm istefaya göndərilən Adil Şükürov mövsümlərarası fasilədə yenidən "sarı-göylər"in "sükanı arxasına" dəvət olunub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. "Sabah" - "Qarabağ" görüşü isə həftəiçi ağdamlıların Çempionlar Liqasının pley-off mərhələsində oynaması səbəbindən təxirə salınıb. Turun dünən və srağagün keçirilən matçlarında "Turan-Tovuz" "İmişli"yə 1:0 hesabı ilə məğlub edib. "Karvan-Yevlax" və "Qəbələ" arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.

Misli Premyer Liqası

I dövrə, I tur

20:30. "Sumqayıt" - "Kəpəz"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar HəsənliVAR: Rauf CabarovAVAR: Rahil RamazanovHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Elçin MehtiyevSumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende

Baş məşqçi: Saşa İliç

"Kəpəz": 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bentu, 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao, 55. Kresus Donqo

Baş məşqçi: Adil Şükürov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
37
sport24.az

10Mənbələr