Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turu davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.
“Sumqayıt” öz meydanında “Kəpəz”lə qarşılaşıv. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş “kimyaçılar”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, yay fasiləsində həm “Sumqayıt”, həm də “Kəpəz”ə yeni baş məşqçi təyin edilib.
17 avqust (bazar)
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
20:30. “Sumqayıt” – “Kəpəz” – 3:0
Qollar: Rüstəm Əhmədzadə, 14; Aleksandr Ramalinqom, 26; Aleksa Yankoviç, 38
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu